Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Anım Günü Prezident İlham Əliyevin siyasi strategiyasında milli yaddaşın qorunması və tarixi ədalətin bərpasının ideoloji təməli kimi mühüm yer tutur
26.09.2026 15:00
  • A-
  • A
  • A+

Anım Günü Prezident İlham Əliyevin siyasi strategiyasında milli yaddaşın qorunması və tarixi ədalətin bərpasının ideoloji təməli kimi mühüm yer tutur

 

İlham Əliyevin Müzəffər Ali Baş Komandan və dövlət xadimi kimi Böyük Zəfərə gətirib çıxaran liderlik portreti onun həm strateji siyasi addımlarında, həm də daxili-xarici auditoriya ilə münasibətində özünü göstərən ali keyfiyyətlərində əks olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində qazanılan Böyük Zəfərdəki rolu həm siyasi, həm də psixoloji baxımdan çoxşaxəli liderlik keyfiyyətləri ilə xarakterizə olunur. 27 Sentyabr - Anım Günü Azərbaycan Prezidenti İlham Əliyevin siyasi strategiyasında milli yaddaşın qorunması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi və tarixi ədalətin bərpasının ideoloji təməli kimi mühüm yer tutur. Bu xüsusi gün təkcə hərbi qələbənin deyil, həm də müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin və milli kimliyinin əsas sütunlarından biridir. 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi-siyasi hədəflərin, milli maraqların və qətiyyətlə Azərbaycan xalqının milli maraqlarını qoruyan strategiyanın uğurlu vəhdəti kimi tariximizə yazılmışdır.

Prezident İlham Əliyev tərəfindən Anım Gününün dövlət səviyyəsində təsis edilməsi və qeyd olunması bir sıra strateji və ideoloji hədəflərə xidmət edir.

Anım Günü Azərbaycanın 30 ilə yaxın davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdiyi 44 günlük Vətən müharibəsinin başladığı gündür. Prezident İlham Əliyevin xarici siyasətdə və diplomatik müstəvidə apardığı mübarizə beynəlxalq hüququn prinsiplərini önə çəkərək tarixi ədalətin bərpasını təmin etdi. Bu tarixi gün xalqın pozulmuş hüquqlarının, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq statusunun bərpası kimi tarixi bir missiyanın rəsmiləşməsidir.

Prezidentin siyasi kursunda milli yaddaşın fundamental elementi şəhidlərin xatirəsinə olan ehtiramdır. Anım Günü vasitəsilə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı dövlət səviyyəsində əbədiləşdirilir. Gənc nəslə rəşadət, vətənpərvərlik və milli qürur hissləri aşılanır. Keçmişdə çəkilən ağrılar və qazanılan qələbə unudulmaz edilərək milli kimliyin qorunub saxlanmasına xidmət edir.

44 günlük müharibə dövründə formalaşan və bu gün də davam edən xalq-iqtidar-ordu birliyi Prezident İlham Əliyevin siyasi strategiyasının ən böyük uğurlarındandır. Anım Günü sadəcə bir təqvim günü deyil; o, Azərbaycan xalqının fədakarlığını, dövlətin qüdrətini və Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin ideoloji manifestidir.

Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

  • Paylaş: