Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA-nın Naxçıvan Bölməsində informasiya-kommunikasiya texnologiyaları otağı yaradılıb
12.07.2016 17:23
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində informasiya-kommunikasiya texnologiyaları otağı yaradılıb

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi bugünkü qloballaşma dövründə daha çox hiss olunur.

Bu fikirləri AMEA-nın Naxçıvan Bölməsində informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqları ilə təchiz olunmuş otağın yaradılması münasibətilə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirib.

Bölmədə informasiya-kommunikasiya texnologiyaları otağının yaradılmasının əhəmiyyətindən danışan İsmayıl Hacıyev qeyd edib ki, İKT-nin sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.

Bildirilib ki, AMEA-nın Naxçıvan Bölməsində bu yaxınlarda ilk dəfə olaraq informatika fənni üzrə doktorluq imtahanları distant formada keçirilib. Onlayn şəkildə həyata keçirilən imtahanlar İKT avadanlıqları ilə təchiz olunmuş bu otaqda reallaşıb. 

Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək deyib ki, otaqda yaradılan şərait gənc alimləri uğurlu tədqiqatlar aparmağa ruhlandıracaq, onlar onlayn konfrans və iclaslarda iştirak edə biləcəklər.

Sonda akademik İsmayıl Hacıyev yaradılan şərait üçün Ali Məclisin Sədri Vasif Talıbova muxtar respublikanın elmi ictimaiyyəti adından minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: