Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

10.10.2016 17:18
  • A-
  • A
  • A+

“Açıq kitab – “Dədə Qorqud” monoqrafiyası İranda fars dilində nəşr olunub

“Açıq kitab – “Dədə Qorqud” monoqrafiyası İranda fars dilində nəşr olunub

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor Kamran Əliyevin  “Açıq kitab – “Dədə Qorqud” adlı monoqrafiyası İran İslam Respublikasında fars dilində çapdan çıxıb.

Kitabı fars dilinə azərbaycanşünas alim, doktor Cavad Heyətin məsləkdaşı İbad Məmizadə Ağdaşlı tərcümə edib. Nəşrin elmi redaktoru dil və ədəbiyyatşünaslıq üzrə fəlsəfə doktoru Zərrin Kazımidir.

İbad Məmizadə Ağdaşlının “Açıq kitab – “Dədə Qorqud” monoqrafiyasının farsca nəşrinə yazdığı ön sözdə deyilir: “Kitabın tərcüməsi İran qorqudşünaslığını zənginləşdirməklə yanaşı, qorqudşünaslıq, eləcə də Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni üfüqlər açacaqdır”.

Monoqrafiyanın fars dilinə tərcümə olunması Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: