Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.10.2016 15:55
  • A-
  • A
  • A+

UNESCO-nun nümayəndə heyəti AMEA-nın Naxçıvan Bölməsində olub

UNESCO-nun nümayəndə heyəti AMEA-nın Naxçıvan Bölməsində olub

UNESCO-nun Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatının nümayəndə heyəti AMEA-nın Naxçıvan Bölməsində olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev qonaqlara rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri və burada aparılan mühüm elmi araşdırmalar barədə ətraflı məlumat verib.

Bildirib ki, bölmənin əməkdaşları Naxçıvanın tarixinin, mədəniyyətinin, təbii ehtiyatlarının və biomüxtəlifliyinin obyektiv, hərtərəfli öyrənilməsində, eyni zamanda, II cilddə “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), III cilddə “Naxçıvan tarixi”, II cilddə “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, III cilddə “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və digər bu kimi bir sıra fundamental, əsərlərin nəşr olunmasında yaxından iştirak ediblər.

Görüşdə UNESCO-nun Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları Təşkilatının nümayəndə heyətinin üzvləri

təmsil etdikləri təşkilat barədə məlumat veriblər. Diqqətə çatdırıblar ki, 2005-ci ildən fəaliyyət göstərən təşkilat ötən illərdə dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edir və Naxçıvan Muxtar Respublikası da kəhrizlərlə bağlı əməkdaşlıq etdikləri ilk regionlardan biridir. Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan kəhrizlərin qədim tarixi olduğunu söyləyən heyət üzvləri onların UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsində yaxından köməklik göstərəcəklərini bildiriblər.

Sonda qonaqlara “Naxçıvan Abidələri Ensiklopediyası”, “Əlincəqala”, “AMEA Naxçıvan Bölməsi haqqında” kitabları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: