Dekabrın 1-də AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov akademik Zərifə Əliyeva adına liseyin şagird və müəllim heyəti ilə görüşüb.
Akademik V.Abbasov şagirdlərə neftin ilkin emalı, əmtəə neft məhsulları və neft-kimya sintezi sahəsində əldə olunan yeniliklərdən danışıb. O, müəllifi və həmmüəllif olduğu çoxsaylı kitabları məktəbin kitabxanasına hədiyyə edib.
Görüşdə, həmçinin məktəb ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanması haqqında razılıq əldə edilib. Razılığa əsasən şagirdlər institutun laboratoriyalarında təcrübə keçəcək, “Sabahın alimləri” müsabiqəsində iştirak etmək üçün layihələr hazırlayacaq, tədqiqat işləri aparacaqlar. Bundan əlavə, institutun alimləri liseydə məharət dərsləri keçəcək, məktəbin kimya laboratoriyasını lazım olan reaktivlərlə təmin ediləcək.
Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavinləri t.e.d. Hikmət İbrahimov və t.f.d. Təranə Məmmədova, institutun Gənc alim və mütəxəssislər şurasının sədri, k.ü.f.d. Nərminə Abdullayeva və başqaları iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.