AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və həmin institutun laboratoriya rəhbəri, kimya elmləri doktoru Elza Salahovanın “Nazik renium xalkogenid örtüklərinin fiziki-kimyəvi xüsusiyyətləri" adlı monoqrafiyası Almaniyada ingilis dilində nəşr olunub.
Nəşrdə yarımkeçirici xassəyə malik renium xalkogenid ərintilərinin nazik təbəqələrinin bəzi fiziki-kimyəvi xassələri: mikrobərkliyi, daxili gərginliyi, mikroquruluşu, elektrokeçiriciliyi, volt amper xarakteristikasi haqqında geniş məlumat verilib.
Monoqrafiya tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.