Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

05.06.2018 09:15
  • A-
  • A
  • A+

Məktəblilər radiasiya və nüvə təhlükəsizliyinə dair məlumatlandırılıblar

Məktəblilər radiasiya və nüvə təhlükəsizliyinə dair məlumatlandırılıblar

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin şagird və müəllim heyətinin iştirakı ilə seminar keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov şagirdlərə radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemlərindən danışıb, həmçinin rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyəti və elmi tədqiqat istiqamətləri haqqında məlumat verib.

Sonra çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva RPİ-də əldə olunmuş nailiyyətlər və qurumun xarici əlaqələrindən söz açıb.

Seminarda institutun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Müslüm Məmmədov radiasiya, onun təhlükəli məqamları, mənfi təsirləri və yaradacağı fəsadlar barədə təqdimatla çıxış edib.

Daha sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar müəssisənin laboratoriyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: