AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Quba-Şabran folklor örnəkləri” kitabının I cildi işıq üzü görüb.
Kitaba Azərbaycanın qədim tarixə malik bölgələrindən olan Quba-Şabran ərazisindən (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından) toplanmış folklor örnəkləri daxil edilib.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Tahir Orucov, tərtibçiləri professor Məmməd Əliyev və filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlidir.
Nəşrdə ovsunlar, toy adətləri, alqışlar, qarğışlar, inanclar, yuxuyozmalar, atalar sözləri, bayatılar, laylalar, rəvayətlər, lətifələr, qaravəlli, dastanlar, aşıq şeirləri və s. kimi folklor nümunələri təqdim olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.