Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2018 14:10
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib

AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib

Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının kadrlar şöbələrinin və kargüzarlıq işi üzrə məsul işçilərinin iştirakı ilə AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin və Katibliyinin birgə seminar-məşğələsi keçirilib.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyev akademiyanın elmi müəssisə və təşkilatlarında elmi idarəetmənin səmərəli təşkili, işçilərin işə davamiyyətinə, əmək və icra intizamına nəzarətin gücləndirilməsi və iş vaxtının uçotunun aparılmasının təmin olunması məqsədilə qəbul edilmiş AMEA daxili intizam qaydalarına dair məruzə ilə çıxış edib. Bildirib ki, bu istiqamətdə bəzi çatışmazlıqların aradan qaldırılması üçün Əmək Məcəlləsinin 102 və 182-ci maddələrinə uyğun olaraq AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən 23 noyabr 2018-ci il tarixində iş vaxtının uçotunun aparılmasının təmin edilməsi barədə sərəncam imzalanıb.

Şöbə rəisi sərəncama əsasən, “İş vaxtının uçotu tabeli”ni tərtib edilməli olduğunu bildirib.

İclasda çıxış edən AMEA İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev tabelin uçotunun dəqiq aparılması qaydalarına nəzarətin təmsil etdiyi orqana həvalə olunduğunu bildirib. Qeyd edib ki, bu sahə ilə məşğul olacaq vəzifəli şəxslər müvafiq qanunvericiliyi, həmçinin Əmək Məcəlləsini mənimsəməlidirlər.

Sonra AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri Rəqsanə Əzizovanın ölkə başçısının 23 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası"na əsasən akademiyanın elmi müəssisə və təşkilatlarının qarşısında duran vəzifələr və bu sahədə görülən işlər barədə hesabatların təqdim olunması qaydaları haqqında çıxış edib.

O, sözügedən Qaydanın 2.10-cu bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən 21 oktyabr 2016-cı il tarixində Sərəncam imzalandığını xatırladıb. Bundan əlavə, həmin sənəddən irəli gələrək AMEA prezidentinin 2 mart 2018-ci ildə müvafiq sərəncam imzaladığını deyib.

Bildirib ki, AMEA prezidentinin sərəncamına əsasən, vətəndaşların müraciətlərilə bağlı illik hesabat forması doldurularaq dekabr ayının 20-dək elektron variantla birlikdə Katibliyə təqdim olunmalıdır.

Seminar-məşğələdə məruzələr və digər cari işlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: