Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Genetik Ehtiyatlar İnstitutunda BDU-nun baza kafedrası yaradılıb
05.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunda BDU-nun baza kafedrası yaradılıb

AMEA Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Bakı Dövlət Universitetinin “Təkamül təlimi” kafedrasının filialı yaradılıb.

Məqsəd elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, genetika, biotexnologiya, seleksiya və toxumçuluq elmləri sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, kadr hazırlığı, birgə tədqiqatların aparılmasıdır.

Bu il aprelin 18-də AMEA-nın ümumi yığıncağında qəbul olunmuş qərara əsasən baza kafedrası yaradılarkən GEİ-nin BDU ilə uzun illər ərzində elm və təhsil sahəsində uğurlu əməkdaşlığı, institutda müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyalarının mövcudluğu, genetika, biotexnologiya, seleksiya və toxumçuluq ixtisasları üzrə xaricdə təhsil almış gənc kadrların fəaliyyət göstərməsi nəzərə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: