Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Azərbaycan alimləri yeni velosiped modelinə patent əldə ediblər
12.02.2019 13:34
  • A-
  • A
  • A+

Azərbaycan alimləri yeni velosiped modelinə patent əldə ediblər

AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped modelinə patent əldə ediblər (Avrasiya Patent Təşkilatı - seriya nöm: 030801).

Alimlərin hazırladıqları iki təkərli tam ötürməli velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.

Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi bu velosiped modeli səkkiz fərqli ötürmə ədədinə malik sürətlər qutusu və sürət dəyişən mexanizmlə təchiz olunduğundan,  şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.

Qeyd edək ki, sözügedən velosiped modeli patentləşdirilsə də, hələki ilkin sınaq versiyası hazırlanmayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: