Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.06.2021 16:14
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının yeni sayı çap olunub

“Metafizika” jurnalının yeni sayı çap olunub

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2021-ci ildə ikinci sayı (ümumilikdə 14-cü nömrəsi) işıq üzü görüb.

Nəşrin bu sayında Azərbaycan, türk, fars və ərəb dillərində məqalələr yer alıb. Belə ki, jurnalda İbrahim Bağırov və Ələddin Məlikovun “Sədrəddin Şiraziyə görə nəfsin hüdusu və onun bədənlə olan münasibəti” (türk dilində), Rüstəm Hacıyevin Şirvan torpağında Xızır və Musa izi (Azərbaycan dilində), Zeynəb Həcəmovanın Sosial qavrayış və qarşılıqlı təsirin emosional zəka ilə əlaqəsinin sosial-psixoloji təhlili (Azərbaycan dilində), Aişə Əbdülvahid əs-Seyidin “Ərəb və türk əlifbaları: səs və yazı arasında (ərəb dilində), Bəhruz Gülmalıyevin İbn Sina yaradıcılığının elmi-fəlsəfi aspektləri (Azərbaycan dilində), Tərlan Seyfullayev və Məhəmməd Həsən Zamaninin “Azərbaycan şərqşünaslığında islamşünaslığın tarixi və təkamülü (fars dilində) məqalələri əksini tapıb.

Qeyd edək ki, jurnal “International Index Copernicus”, “OCLC”, “Ideal Online”, “ISC”, “SID”, “Advanced Sciences Index” və digər nüfuzlu bazalarda qeydiyyata alınıb.

Müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu nəşrin baş redaktoru fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovdur. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə yayımlayan jurnal rüblükdür və sosial-humanitar elmlər sahəsində məqalə qəbul edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: