Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) stendi maraqla qarşılanıb.
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən sərgidə MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı və kitabxananın bir qrup əməkdaşı yaxından iştirak edib.
MEK-in stendlərində alimlərimizin Nizami Gəncəvi haqqında müxtəlif dillərdə hazırlanmış nəşrləri ilə yanaşı, Azərbaycan həqiqətləri və Qarabağ problemindən, Vətən müharibəsindən bəhs edən kitabları da üstünlük təşkil edib. Sərgidə kitabxana əməkdaşları oxucuları qəbul edərək, onları maraqlandıran nəşrlər haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, kitab festivalı zamanı iştirakçılara MEK stendlərindən kitablar da hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.