Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.07.2023 09:48
  • A-
  • A
  • A+

“YAŞAT” düşərgəsinin iştirakçıları rəsədxananı ziyarət edib

“YAŞAT” düşərgəsinin iştirakçıları rəsədxananı ziyarət edib

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality’’nin tərəfdaşlığı ilə 3-cü “YAŞAT” düşərgəsinə start verilib.

Düşərgənin ilk günündə ilkin olaraq Şamaxı şəhərinin müxtəlif yerlərinə ekskursiya edən iştirakçılar layihənin dəstəkçilərindən olan N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını da (ŞAR) da ziyarət ediblər. Burada iştirakçılar öncə rəsədxananın muzeyinə aparılıb. Peşəkar bələdçilərin müşayiəti ilə təşkil edilən muzey ekskursiyası zamanı şəhid övladlarına muzeydə olan eksponatlar haqqında ətraflı məlumat verilib.

Sonra düşərgə iştirakçıları ŞAR-ın 2 metrlik teleskopunun binasına aparılıb. Rəsədxananın kiçik elmi işçisi Samirə Rəhimli qonaqlara teleskopun texniki parametrləri, burada aparılan elmi tədqiqat işləri barədə məlumat verib və onların kosmos haqda suallarını cavablandırıb.

Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 300-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlar mütəxəssislərlə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: