Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.07.2023 10:15
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Yıldız Texniki Universitetinin professoru ilə görüş keçirilib

Biofizika İnstitutunda Yıldız Texniki Universitetinin professoru ilə görüş keçirilib

AR ETN Biofizika İnstitutunun icraçı direktoru, b.e.d. Kərim Qasımov Türkiyənin Yıldız Texniki Universitetinin Kimya-metallurgiya fakültəsinin Biomühəndislik ixtisasının əməkdaşı prof. Dr. Cem Bülent Üstündağ ilə görüşüb.

İnstitutda keçirilən görüşdə, həmçinin Biofizika İnstitutunun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının aparıcı elmi işçisi, f.r.ü.f.d. Rasim Aslanov, Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının laboratoriya rəhbəri,  b.ü.f.d. Taleh Yusifov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova və digərləri iştirak ediblər.

Görüş zamanı Biofizika İnstitutunun və Yıldız Texniki Universitetinin əməkdaşlarının apardığı elmi tədqiqatlar üzrə geniş müzakirələr edilib və gələcəkdə ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın uğurla yaradılıb inkişaf edəcəyinə əminlik ifadə olunub.

Daha sonra qonaqlar institutun laboratoriyalarını gəzib, burada olan maddi-texniki təchizat, iş şəraiti və prioritet istiqamətlərdə aparılan elmi tədqiqat işləri, əldə olunan nailiyyətlər barədə məlumatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: