Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2023 12:06
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, Ulu Öndər hələ hakimiyyətə gəlməzdən əvvəl fəaliyyətinin bir hissəsi Azərbaycan elmi, xüsusilə Fizika İnstitutu ilə bağlı olub.

Akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin uzaq görənliyindən, gördüyü işlərin bugünki dövrdəki yüksək nəticələrindən bəhs edib. Bildirib ki, Ulu Öndər hələ Sovet hakimiyyəti illərində fədakarlıqla Azərbaycan xalqı üçün böyük işlər görüb. O, Heydər Əliyevin hakimiyyətə qayıdışından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb. A.Həşimov Naxçıvanın blokadası dövründə Ulu Öndərin ustalıqla tədbirlər görməsindən, özünü müdafiə qüvvələrinin yaratmasından bəhs edib.

O bildirib ki, Ümummilli Lider Heydər Fizika İnstititunu ziyarət edib. A.Həşimov bu gəlişin institut üçün əhəmiyyətliliyindən danışıb. Qeyd edib ki, institutdakı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş muzeydə mətbuatda dərc olunmuş yeni məqalələr yerləşdirilib.

Tədbir AMEA-nın müxbir üzvi Səlimə Mehdiyevanın çıxışı ilə davam edib. S.Mehdiyeva vurğulayıb ki, Heydər Əliyev Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz adı, vətəninin, millətinin gələcəyi üçün çalışırdı.  O, Ulu Öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib. S.Mehdiyeva qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimidir.

Daha sonra fizika üzrə fəlsəfə doktorları Eldar Həsənov, Kamil Qurbanov, texnika elmləri doktoru Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının (YAP) Fizika İnstitutu üzrə təmsilçisi, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova, YAP-ın fəal üzvi, elmi işçi Bayram Xudayarov Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Anım tədbirindən sonra institutun baş direktoru akademik Arif Həşimov və əməkdaşlar Ulu Öndər Heydər Əliyevə həsr olunmuş muzeyi ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: