Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.12.2023 09:43
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda “Diferensial tənliklərin Matlabla həlli” mövzusunda ustad dərsi keçirilib

İdarəetmə Sistemləri İnstitutunda “Diferensial tənliklərin Matlabla həlli” mövzusunda ustad dərsi keçirilib

Elm və Təhsil Nazirliyinin Sabah qruplarının Azərbaycan Texniki Universiteti üzrə bölməsinin təşəbbüsü və İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə r.e.d. Yeganə Əşrəfovanın Azərbaycan Texniki Universiteti Sabah qruplarının “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan 2-ci kurs 682.s1 qrup tələbələrinə “Diferensial tənliklərin Matlabla həlli” mövzusunda ustad dərsi (MasterClass) keçirilib.

Tədbirdə Y.Əşrəfova tələbələrə adi diferensial tənliklərin, eləcədə adi diferensial tənliklər sistemlərinin ədədi həll üsullarından, xüsusən də Matlab proqramlar paketinin adi diferensial tənliklər sistemi üçün həlledicilərindən bəhs edib. Yüksək tərtib xətti diferensal tənliklərin sistem tənliklərə gətirilməsi qaydasını və vacibliyini izah edib. Diferensial tənliklərin bir çox sahələrdə praktiki əhəmiyyətindən bəhs edən alim müasir və geniş həlledicilərə malik Matlab proqramlar paketinin adi diferensial tənliklər sistemlərinin həllində istifadə qaydasını bir sıra test məsələlər üzərində izah edib. Tələbələrlə fikir mübadiləsi şəklində keçirilən ustad dərsi böyük marağa səbəb olub və mövzu ətrafında bir sıra suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: