Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda növbəti seminar keçirilib.
Seminarda məruzəçi institutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. O, “Fərd-dünən, bu gün və sabah. Uğurun seçimi” mövzusunda məruzə ilə çıxış edib.
R.Rüstəmov çıxışında sistemin idarə olunmasının ümumi düsturunun yaranması istiqamətində edilən cəhdlər, bununla bağlı nisbilik və xaos nəzəriyyələri, dayanıqlı inkişaf və diversifikasiya anlayışları haqda məlumatlar verib. Bu anlayışların fərdi inkişafa verdiyi töhfələr müzakirə mövzusu olub.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.