Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasda çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə əvvəlcə 2023-cü ilin yekunları haqqındakı məsələyə baxılıb. Müzakirələrdə institutun fəaliyyəti ümumilikdə uğurlu hesab edilib və növbəti ildə də bu uğurun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonra Radiasiya Problemləri İnstitutunun akkreditasiya olunması sahəsində qarşıda duran vəzifələr müzakirə edilib.
Elmi şuranın iclasında daha sonra 2024-cü ilin elmi-tədqiqat planları, ümumi fəaliyyət, həmçinin ehtiyaclar və tələbatlar, eləcə də bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.