Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.01.2024 16:38
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda elmi seminar keçirilib

Neft və Qaz İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda professor Vaqif Kərimovun rəhbərliyi ilə elmi seminar keçirilib.

Seminarda 2020-2023-cü illərdə aparılan tədqiqat işləri müzakirə olunub. Seminarın əsas mövzusu Cənubi Xəzər hövzəsində karbohidrogen sistemlərinin yaranma və paylanma şəraiti və ana süxurların xarakteristikası olub. İlk dəfə olaraq Neft və Qaz İnstitutunda Moskva Geoloji Kəşfiyyat Universiteti ilə birlikdə yerinə yetirilən Cənubi Xəzər hövzəsində yayılan karbohidrogen sistemlərinin modellərinə baxılıb. Bu modellərin əsasında neft və qaz axtarış kəşfiyyat işlərinin prioritet istiqamətləri müəyyən edilib.

Nəticə olaraq qərara alınıb ki, Neft və Qaz İnstitutunda neft və qaz sistemlərinin modelləşdirilməsi mövzusunda daimi fəaliyyət göstərən elmi seminarlar təşkil edilsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: