Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2024 09:57
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda elmi seminar keçirilib

Radiasiya Problemləri İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Süni intellekt: elmi əsasları və istifadə qaydaları” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva süni intellektin yaranması və inkişafı tarixindən danışıb, eləcə də onun müxtəlif elm sahələri üzrə tətbiqi imkanları və səmərəli istifadə qaydaları haqqında geniş məlumat verib.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb məruzəçi tərəfində mövzu üzrə çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: