Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.01.2024 17:24
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun Elmi şurasının 2024-cü ildə ilk iclası keçirilib

Əlyazmalar İnstitutunun Elmi şurasının 2024-cü ildə ilk iclası keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının cari il üçün ilk yığıncağı keçirilib.

İclasın gündəliyində duran əsas məsələlər Əlyazmalar İnstitutunun 2024-cü il üçün (institut və şöbələr üzrə) elmi tədqiqat işləri, nəşriyyat, elmi-kütləvi və mədəni tədbirlər planlarının müzakirəsi olub. İnstitutun elmi katibi fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə Elmi şura üzvlərini Əlyazmalar İnstitutunun 2024-cü il üçün nəzərdə tutulan elmi-tədqiqat işləri, nəşriyyat işləri, elmi-kütləvi və mədəni tədbirlər planı ilə tanış edib. Şura üzvlərinin müzakirəsindən sonra plan işləri təsdiqlənib.

Daha sonra “Elektron Əlyazmalar İnstitutu” məlumat bazası Elmi şura üzvlərinə təqdim olunub. İnstitutun Elektron xidmətlər şöbəsinin müdiri fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə çıxışında “Vikipediya” virtual ensiklopediyasının Azərbaycan dilində materiallarla zənginləşdirilməsi, elmi məqalələrin Rəqəmsal Obyekt İndetifikatoru (DOİ) ilə təmin edilməsi, elmi müəssisənin rəsmi saytı və sosial şəbəkə profillərinin fəaliyyətinə müntəzəm nəzarət edilməsi, elmi jurnalların elektron versiyalarının beynəlxalq platformalarda, ilkin olaraq da Türkiyənin TUBİTAK, ULAKBİM, Dərgi Park, TRDizin bazalarına daxil edilməsi və təbliği istiqamətində görüləcək işlərin vacibliyi barədə danışıb.

İclas çərçivəsində Əlyazmalar İnstitutunun əmək təqaüdünə çıxan iki əməkdaşına - böyük elmi işçi Samirə Gəncəli və böyük elmi işçi Rühəngiz İmanovaya uzun illər səmərəli elmi və ictimai fəaliyyətlərinə görə Əlyazmalar İnstitutunun Fəxri fərmanı və təşəkkürnaməsi təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: