Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.01.2024 11:54
  • A-
  • A
  • A+

Folklor İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Folklor İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun direktoru akademik Muxtar İmanov iclası açaraq, gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Gündəlikdəki birinci məsələ nizam-intizam qaydalarına nəzarətin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Təhsil müəssisələrində əvəzçi kimi çalışan institut əməkdaşların iş qrafikinin müəyyənləşdirilməsi, elmi işçilərin fəaliyyətinin səmərəliliyinin artırılması və s. məsələlər müzakirə edilib. 

Sonra gündəlikdəki ikinci AMEA-nın Folklor İnstitutunun strukturunun “AMEA-nın elmi müəssisələrinin nümunəvi təşkilati strukturu”na uyğunlaşdırılması haqqında məsələ müzakirə olunub. Məsələ ilə bağlı institutun elmi katibi fil.ü.f.d., dosent Elçin Abbasov məlumat verib. Bildirib ki, AMEA-nın Rəyasət Heyəti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ni əsas tutaraq, AMEA-nın elmi-tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğunlaşdırılması haqqında qərar qəbul edib. Bu qərara əsasən Folklor İnstitutunun strukturu və ştat cədvəli “AMEA-nın elmi müəssisələrinin nümunəvi təşkilati strukturu”na uyğunlaşdırılaraq yenidən işlənilib.

Şura üzvləri qısa müzakirədən sonra Folklor İnstitutunun strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə qərar qəbul ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: