Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.02.2024 15:14
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadənin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Akademik Akif Əlizadənin 90 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda görkəmli alim və ictimai xadim, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli akademik Akif Əlizadənin 90 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gerçəkləşən aksiyada sözügedən elmi müəssisənin direktoru akademik Akif Əlizadə özü də iştirak edib.

Aksiya zamanı institut binasının ətrafındakı torpaq sahəsində xan çinarı, şam, iydə, yasəmən, yapon əzgili, dəfnə, eləcə də müxtəlif növ ağac və bəzək kolları əkilib, abadlaşdırma işləri həyata keçirilib. 

Tədbirə institutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və şöbə rəhbərləri də qatılıblar.

Ağacəkmə aksiyasında institutun gəncləri xüsusi fəallıq nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: