Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

13.03.2024 11:02
  • A-
  • A
  • A+

“Saçları səməni oğlan” pyesi səhnələşdirilib

“Saçları səməni oğlan” pyesi səhnələşdirilib

AMEA-nın “Elm” nəşriyyatının direktor müavini tanınmış uşaq yazarı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında Qusar Dövlət Ləzgi Dram Teatrında “Saçları səməni oğlan” tamaşası hazırlanıb.

Səhnə əsəri xalqımızın milli bayramı Novruza həsr olunub və xalqımızın mədəniyyətinin, milli adət-ənənələrinin təbliği, uşaqların milli-mənəvi dəyərlər ruhunda böyüməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Sözügedən tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Qeyd edək ki, Qusar Mədəniyyət sarayında premyerası olan tamaşa martın 13, 14, 15 və 16 tarixlərində də balaca teatrsevərlərə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: