Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2024 11:30
  • A-
  • A
  • A+

Azad Həmkarlar İttifaqının sədri beynəlxalq konfransda çıxış edib

Azad Həmkarlar İttifaqının sədri beynəlxalq konfransda çıxış edib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Karamanoğlu Mehmetbey Universiteti, Özbəkistan Dövlət Universiteti, Özbəkistan İqtisadiyyat və Pedaqoji  Universiteti və Belarus Dövlət Universiteti ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Yaşıl dünya: sosial-iqtisadi transformasiya” mövzusunda hibrid formatda beynəlxalq elmi konfrans keçirib. 

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Ümummili liderin həyat və ictimai-siyasi faəliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru professor Hüseyn Qaraşov tədbiri açıq elan edərək yaşıl iqtisadiyyatın insanların torpaq ehtiyatlarından məsuliyyətlə, səmərəli istifadəsini və ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlmiş yeni inkişaf modeli olduğunu, eyni zamanda da dünya əhalisinin rifahının yüksəldilməsi və təbii sərvətlərdən səmərəli istifadə ilə gələcək nəslə ötürülməsi arasında ən kompramis variantın seçilməsinə hədəfləndiyi haqqında ətraflı məlumat verib. Plenar iclasda isə Kahramanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Gavgalı, Özbəkistan Elmlər Akademiyasının Regional bölməsinin vitse-prezidenti, professor İkrom Abdullayev maraqlı məruzələrlə çıxış ediblər.

Konfransda AMEA Azad Həmkarlar İttifaqının sədri siy.e.ü.f.d., dosent Sənan Həsənov “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və müasirlik” mövzusunda məruzə edib.

Ümumilikdə konfransa 7 dövləti təmsil edən 26 təşkilatdan 75 iştirakçının qatılıb. Sonra konfrans ayrı-ayrı panellərdə davam etdirilib.

Konfransın sonunda xatirə şəkilləri çəkilib, iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: