Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda arxeoloji abidələrin atlası yaradılacaq
12.02.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanda arxeoloji abidələrin atlası yaradılacaq

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan ərazisində tədqiq olunmuş və gələcəkdə olunacaq arxeoloji abidələrin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qeydə alınmasına başlanılacaq.

İnstitutda bu işlə, bilavasitə “Arxeologiyada informasiya texnolo¬giyalarının tətbiqi” sektoru məşğul olacaq. Sektor arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrin hazırlanması işini həyata keçirəcək.

Qeyd edək ki, arxeoloji tədqiqatlarda aparılan bu işlər zamanı ilk dəfə Coğrafi İnformasiya Sistemindən istifadə ediləcək.

Azərbaycanın arxeoloji abidələrinin elektron xəritəsinin və maddi-mədəni nümunələrinin pasportunun yaradılması respublika ərazisindəki arxeoloji abidələrin müasir üsullarla mühafizəsi işinin, xüsusilə də onların elmi araşdırılmasının təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Arxeoloji abidələrin atlasının yaradılması AR Prezidenti cənab İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” na dair Sərəncamına əsasən həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: