Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qazaxıstanda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşının monoqrafiyası işıq üzü görüb
19.05.2014 00:00
  • A-
  • A
  • A+

Qazaxıstanda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşının monoqrafiyası işıq üzü görüb

Astanada (Qazaxıstan) AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun “Skiflərin (qədim aşquzların/ işquzların/ quzların) sosial-mədəni dəyərləri” adlı monoqrafiyası nəşr edilib.

Rus dilində işıq üzü görən monoqrafiyada işquz cəmiyyətinin sosial struktur problemləri, işquzların dünyagörüşü, onların mədəni dəyərləri, həmçinin işquzların və onların mədəniyyətinin etnik mənşəyi problemi tədqiq edilir. Altı fəsildən ibarət olan əsərdə müəllif etno-arxeoloji tədqiqatlara, yazılı mənbələrin tənqidi analizinə əsaslanaraq göstərir ki, işquz cəmiyyətinin yalnız irandilli monoetnik mənsubiyyəti barədə konsepsiya əsassız hesab edilməlidir.

Həmçinin, monoqrafiyada işquzların ənənələrinin və dini dünyagörüşlərinin türk-monqol və Altay xalqlarının dini dünyagörüşü və ənənələri ilə genetik bağlılığı əksini tapmışdır.

Qeyd edək ki, monoqrafiyaya mərhum professor, tarix elmləri doktoru Süleyman Əliyarlı və tanınmış Qazaxıstan arxeoloqu, professor, tarix elmləri doktoru Zeynolla Samaşev tərəfindən rəy verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: