Süleymanov Bağır Ələkbər oğlu

Veb-sayt    
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı ş. 
Təvəllüdü 22.06.1959
Bitirdiyi ali təhsil müəssisəsi M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan  Dövlət Neft və Sənaye Universiteti)
Elmi dərəcəsi Texnika elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


2525.01

Neft və qaz yataqlarının işlənməsi və istismarı

Quyudibi zonasının vəziyyətinin diaqnozlaşdırılması əsasında quyuların hasilatının artırılmasının üsullarının işlənməsi və tətbiqi

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


2525.01

Neft və qaz yataqlarının işlənməsi və istismarı

Neftçıxarmada texnolojı proseslərin səmərəliliyini artırmaq üçün heterogen sistemlərinin istifadəsinin nəzəri və təcrübi əsasları

Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

 

30.06.2014

Yer Elmləri Bölməsinin “Neft və qaz yataqlarının işlənməsi”

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
168

 

115

 

55

 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 58 
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


12

1

Əsas elmi nailiyyətləri Neft yataqlarının işlənməsində heterogen sistemlərin qeyri-bircinsli məsaməli mühitlərdə süzülməsinin fiziki və riyazi modelləşdirilməsi əsasında, layların neftveriminin artırılması, quyudibi zonanın işlənməsi və su axınlarının təcrid olunmasının yeni texnologiyaları yaradılmış və uğurla tətbiq olunmuşdur; Qeyri-bircins laylarda qeyri-Nyuton mayelərinin axını zamanı S-vari filtrasiya qanununun mövcudluğu təyin edilmiş, təcrübi və nəzəri cəhətdən əsaslandırılmışdır; Qazlı Nyuton və qeyri-Nyuton mayelərin təzyiqin böhrana qədər sahələrində stasionar və qeyri-stasionar süzülməsi hərtərəfli öyrənilmiş və göstərilmişdir ki maye sərfi kəskin sürətdə (2-3 dəfə) artır; Qazlı qeyri-Nyuton mayeləri üçün yeni effekt təyin edilmişdir, belə ki göstərilən halda reoloji əyrilər müəyyən şəraitdə tam modifikasiyaya məruz qalır, yəni dilatant xüsusiyyətinə malik olan maye psevdoplastik mayeyə çevrilir və ya əksinə; Göstərilən nəticələrin fiziki mahiyyəti, mexanizmi verilmiş və sürüşmə effekti əsasında nəzəriyyəsi işlənmişdir; Neft yataqlarının işlənməsinin statistik modelləşdirilməsi nəticəsində işlənmə prosesinin mərhələlərə bölünməsinin, maksimal hasilatın və çıxarıla bilən ehtiyatların təyini metodikası işlənmişdir; Fraktal və multifraktal ölçülərin istifadəsi əsasında neft yataqlarının işlənməsinin analizinin yeni üsulları işlənmiş və tətbiq edilmişdir; Riyazi modelləşdirmə əsasında müxtəlif geoloji-texniki tədbirlərin tətbiqi üçün namizəd quyuların seçilməsi üsulları işlənmişdir; Neft hasilatı quyularında müxtəlif texnoloji proseslərin modelləşdirilməsi nəticəsində yeni tipli quyu avadanlığı – dalma nasosları, yeraltı təmiri avadanlığı, quma qarşı süzgəclər və s., işlənmiş və uğurla tətbiq edilmişdir; Müxtəlif reagentlər – deemulqatorlar, depresatorlar, səthi aktiv maddələr və s. işlənmiş və uğurla tətbiq olunmuşdur.
Elmi əsərlərinin adları 1. Особенности фильтрации гетерогенных систем. Монография. Москва-Ижевск: Институт компьютерных исследований, 2006. -356 c.

2. Slippage Effect During Gassed Oil Displacement. Energy Sources. –1996. -Vol.18. – No.7. – Pp. 773 – 779. (Сo-authors: Azizov Kh.F., Abbasov E.M.)

3. Nanofluid for enhanced oil recovery. Journal of Petroleum Science and Engineering. – 2011. –Vol.78. – Pp. 431 – 437. (Сo-authors: F.S.Ismailov, E.F.Veliyev)

4. Mechanism of slip effect in gassed liquid Flow. Colloid Journal. – 2011. – Vol.73. – No. 6. – Pp. 846–855.

5. Application of discrete wavelet transform to the solution of boundary value problems for quasi-linear parabolic equations. Applied Mathematics and Computation. – 2013. –Vol.219. – Pp. 7036 – 7047 (Сo-authors: O.A.Dyshin)

6. Statistical modeling of life cycle of oil reservoir development. Journal of the Japan Petroleum Institute. -2014. –Vol.57. –No.1. –P.47-57 (Сo-authors: F.S.Ismailov, O.A.Dyshin, S.S. Keldibayeva)

7. Selection methodology for screening evaluation of EOR methods. Petroleum Science and Technology. – 2016. – Vol.34. – No. 10. – Pp. 961-970 (Сo-authors: F.S.Ismayilov, O.A. Dyshin, E.F.Veliyev)

8. Effect of copper nanoparticle aggregation on the thermal conductivity of nanofluids. Russian Journal of Physical Chemistry A. – 2016. – Vol. 90. – No. 2. – Pp. 420–428. (Сo-authors: H.F.Abbasov)

9. Aggregative stability chemical control of quartz suspensions. Journal of Dispersion Science and Technology. – 2016. Accepted author version posted online: 23 Aug 2016 (Сo-authors: H.F.Abbasov)

10. Thermophysical properties of nano- and microfluids with [Ni5(μ5-pppmda)4Cl2] metal string complex particles. Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects. – 2017. – Vol. 513. – Pp.41-50 (Сo-authors: R.H.Ismayilov, H.F.Abbasov, W.Zh.Wang, Sh.M. Peng)

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 2009-cu ildən Beynəlxalq Neftçilər Cəmiyyətinin (Society of Petroleum Engineers – SPE) üzvüdür.
Pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Neft Akademiyasıprofessor 
Digər fəaliyyəti 1998 – 2003 illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Yer elmləri» Ekspert Şurasının üzvü, 2003-2006 illərdə isə sədri olmuşdur. 2000-2001 illərdə Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin yanacaq və energetika üzrə problem şurasının sədr müavini olmuşdur. 2003-2009 illərdə «Azərbaycan Neft Təsərrufatı» jurnalının redaksiya heyətinin üzvü olmuşdur. 2003-2008 illərdə «Şahdəniz» qazkondensat yataqının işlənməsi üzrə rəhbər komitənin üzvü olub. 2004 ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında enerji resurslarının səmərəli istifadə edilməsi üzrə komissiyasının sədr müavini olub. SOCAR-ın neft və qaz ehtiyatları üzrə mərkəzi komissiyasının üzvüdür. SOCAR-ın neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üzrə mərkəzi komissiyasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Amerika Kimyaçılar Cəmiyyətinin Neft Tədqiqatları Fondunun (ACS Petroleum Research Fund) müstəqil elmi ekspertidir. “SOCAR Proceedings” jurnalının baş redaktorun müavinidir. “Территория Нефтегаз” (Rusiya) elmi-praktiki jurnalının redaksiya heyətinin üzvüdür. Petroleum Science&Engineering, International Journal of Oil, Gas and Coal Technology və Energy & Fuels Jurnallarının referisidir.
Təltif və mükafatları 1. «SSRİ ixtiraçısı» döş nişanı (1985-ci il)

2. Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə ARDNŞ - nin Fəxri Fərmanı (2004-cü il)

3. Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə ARDNŞ - nin Fəxri Fərmanı (2009-cu il)

4. Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı (2016-cı il)

İş yeri və ünvanı ARDNŞ “NeftQazElmiTədqiqatLayihə” İnstitutu, AZ1012, Bakı şəh., Zərdabi pr. 88a 
Vəzifəsi Neft və qaz hasilatı üzrə direktor müavini 
Xidməti tel. (+994 12) 5211903 
Mobil tel . (+994 50) 2187869 
Ev tel. (+994 12) 5973393 
Faks (+994 12) 4318708 
Elektron poçtu baghir.suleymanov@socar.az