Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Respublika Seysmoloji Xidmət Mərkəzi

Respublika Seysmoloji Xidmət Mərkəzi

 

Veb-sayt www.seismology.az 
Ünvan AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, Nigar Rəfibəyli küç., 25 
Tel.

(+994 12) 4923437

Faks   (+992 12) 4925070
Elektron poçtu seys@azeurotel.com 
Baş direktor

Yetirmişli Qurban Cəlal oğlu  

AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru, professor

Tel.: (+994 12) 4923437

E- poçt: seys@azeurotel.com

İcraçı direktor

Muradov Rauf Bazerqau oğlu

Texnika üzrə fəlsəfə doktoru, dosent

Tel: (+994 12) 4970646

E-poçt: raufmuradov208@gmail.com

Elmi katib

İbrahimova Lalə Ağadadaş qızı

Tel.: (+994 12) 4923059

Mobil tel: (+99455)  4555553

E-poçt: ibrahimova1970@list.ru

Yaranma tarixi

1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya və Geofizika İnstitutunda “Geofizika” Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika Partiyası yaradılmışdır. 

1980-ci ildə isə bunun əsasında Təcrübi - Metodik Geofizika Ekspedisyası təşkil edilmişdir. Ekspedisyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru Arif Həsənov rəhbərlik etmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı qərarı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə MGE-yə 1999-cu ildən AMEA - nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilmişdir. 

Əsas fəaliyyət istiqamətləri AMEA nəzdində RSXM-də elmi tədqiqatlar aşağıda göstərilən kompleks istiqamətləri əhatə edir:

1. Seysmoloji tədqiqatlari:seysmikliyinin xüsusiyyətləri ,zəlzələ ocaqlarının dinamikası, seysmotomoqrafiya tədqiqatları, zəlzələlərin xəbərverici əlamətlərinin tədqiqi, zəlzələlərin və partlayışların müqayisəli analizi, makroseysmik tədqiqatları,

2. Seysmogen zonalarında maqnitometriya tədqiqatları,

3. Seysmogen zonalarında gravimetrik tədqiqatları,

4. Respublikanın ərazisində geodinamik (GPS) tədqqiqatları,

5. Seysmogen zonalarında geokimyəvi tədqiqatları.

Seysmoloji tədqiqatlar 35 telemetrik seysmik stansiyalardan və 6 stasionar stansiyalardan ibarət müşahidə şəbəkəsi vasitəsi ilə aparılır. Bu istiqamət üzrə aparılan tədqiqatlar zamanı respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsi, seysmik rejim, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Surət modeli tərtib olunur, seysmik tomoqrafiya tədqiqatları aparılır, zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir və seysmik rayonlaşdırma, mikrorayonlaşdırma işlərinin aparılması iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.

Geofiziki istiqamət üzrə aparılan tədqiqatlar zamanı sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks araşdırılması həyata keçirilir. Geofiziki stansiyalar şəbəkəsi vasitəsilə ( 6 geofiziki stansiya) geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialin ikinci törəməsinin variasiyaları öyrənilir.

Geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi geokimya bölməsi məşğul olur. Respublikanın seysmoaktiv bölgələrində ( 6 geokimyəvi stansiya) geokimyəvi sahənin hidro-, qazo- və radiokimyəvi komponentləri analiz olunur. Bu işlər seysmogen zonaların deformasiya – gərginlik vəziyyətini qiymətləndirməyə və seysmogen sahələrdə olan zəlzələdən öncə anomal xəbərverici effektləri aşkarlamaga imkan verir.

Əsas elmi nəticələr 1. İlk dəfə Azərbaycan ərazisində eninə dalğaların polyarizasiyasının parametrlərinin çoxkanallı qeyd olunan telemetrik stansiyaların məlumatları əsasında qiymətləndirilmə üsulu öyrənilmişdir ki, bu da eninə dalğaların nöqtələrinin trayektoriyasının öyrənilməsinə, onların müxtəlif dərinliklərdə istiqamətlərinin dəyişdirilməsinin təhlil edilməsinə və geoloji mühitin mürəkkəb quruluşunda eninə dalğaların təyin edilməsinin effektivliyinin artırılmasına imkan yaradır.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru I.E.Kazımov)

2. İlk dəfə Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyinini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yer qabığının ədədi sürət modeli tərtib olunmuşdur.

İcraçılar: (g.-m.e.d.Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru S.E.Kazımova)3. İlk dəfə olaraq elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılmışdır.

Icraçı: g.-m.e.d. Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru T.B.Əsədov

4. Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmişdir və bu həmin zonalarda seysmik aktivliyin senarisinin inkişafını izləməyə imkan verdi.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, f.-r.e.n. A.Q.Rzayev)

5. İlk dəfə Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında instrumental üsulu ilə, Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi qeyd olunub. Hər bir püskürməyin davamlığı, dərinliyi və ayrılan enerjisi təyin olunub.

1. Kompleks seysmogeofiziki tədqiqatlarla sürüşmə prosesinin dinamikasının qiymətləndirilməsi.

Kompleks Seysmo-geofiziki tədqiqatlar əsasında Bayıl yamacında iki yeni potensial təhlükəli sürüşmə zonası aşkarlanmışdır, sürüşmə kütləsinin parametrləri və sürüşmə prosesinin riski müəyyən edilmişdir. (İcraçılar: Q.C.Yetirmişli, A.Q.Rzayev, H.O.Vəliyev, N.B.Xanbabayev, E.S.Qaravəliyev, M.Q.Zeynalov).

2. Böyük Bakının seysmik rayonlaşdırılması üçün məlumatların elektron informasiya bankının yaradılması.

Böyük Bakı ərazisində qruntların mühəndisi-seysmoloji, tektonik, geoloji-litoloji, geomorfoloji, hidrogeoloji və fiziki-mexaniki parametrlərinin məlumat informasiya bankı yaradılmışdır.

Məlumatlar bankı Böyük Bakı ərazisinin seysmomikrorayonlaşdırılması, seysmik dayanıqlı tikinti və FHN xətti ilə fövqəladə hallarda mühafizə tədbirləri zamanı praktik əhəmiyyət daşıyır (İcraçılar: Yetirmişli Q.C.,Əliyeva Z.S.,Əliyeva X.C.,Fəttahova L.T.,Quliyeva A.B.).

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli,g.-m.f.d. S.E.Kazımova)

6. Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında, ocaq mexanizmlərinin məlumat bazası yaranıb (M≥2,5) və respubllika ərazisinin ayrı-ayrı seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyətləri müəyyən olunub.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli,g.-m.f.d. S.E.Kazımova)

7. Seysmogeokimyəvi və seysmik sahələrin çoxillik monitorinqi nəticəsində ilk dəfə olaraq Şamaxı-İsmayıllı seysmogen zonasında geokimyəvi parametrlərin kombinasiyaları əsasında mikrobloklar müəyyən olunmuş və zəlzələ qabağı zaman təyin edilmişdir.

İcraçılar:(g.m.e.d.R.A.Kərəmova,P.A.Abdulrazaqova, Y.N.Kudryavtseva)

İşçilərinin ümumi sayı 366
Struktur bölmələri Makroseysmik tədqiqatlar şöbəsi
Zəlzələ ocaqlarının dinamikası şöbəsi
Zəlzələlərin tədqiqatı bürosu
Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsi
Episentral şöbə
Maqnitometriya şöbəsi
Geodinamika şöbəsi
Seysmoloji materialların təhlili və təfsiri şöbəsi
Qravimetriya şöbəsi
Elmi əlaqələr şöbəsi
Kompleks geokimyəvi tədqiqatlar şöbəsi
İnstrumental şöbə
Geoekologiya şöbəsi
Seysmologiya
Seysmoloji və geofiziki tədqiqatların elmi araşdırılması şöbəsi
İnformasiya şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi
Elmi şura

-       sədr

-       katib

-       üzvləri


Q.C.Yetirmişli - AMEA-nın müxbir üzvü, g-m.e.d., professor

L.A.İbrahimova

P.Z.Məmmədov - akademik, g-m.e.d., professor

H.H.Quliyev - akademik, f.-r.e.d., professor

F.Ə.Qədirov - akademik, g-m.e.d., professor

Ç.S.Əliyev - AMEA-nın müxbir üzvü, g-m.e.d., professor

M.İ.İsayeva - g-m.e.d., professor

Ad.A.Əliyev - g-m.e.d., professor

O.B.Babazadə - f.e.d.

T.Y.Məmmədli - g-m.e.d.

R.A.Kərəmova - g-m.e.d.

H.Ö.Vəliyev - g-m.e.d.

Ə.Q.Novruzov - g-m. üzrə f.d., dosent

R.B. Muradov - t. üzrə f.d., dosent

Ş.C.Musayev - g-m. üzrə f.d.

A.Q.Rzayev - f-r. üzrə f.d., dosent

E.S.Qaravəliyev - g-m. üzrə f.d., dosent

S.E.Kazımova - g-m. üzrə f.d., dosent

İ.E.Kazımov - g-m. üzrə f.d., dosent

T.X.Əliyev - t. üzrə f.d., dosent

Ş.İ.Mustafayev - t. üzrə f.d.
Gənc alim və mütəxəssislər şurası

-       sədr

 -      sədr müavini

-       katib

-       üzvləri

Afaq Ağazadə

 

Azər İsgəndərov

Piriyeva Lalə

Əliyeva Xədicə

Əliyeva Aynur

Xədici Şəbnəm

Nuriyeva Əfsunə

Cəlilova İlhamə

Kazımova Təranə

Həmkarlar təşkilatı

-         sədr

-         katib

-         büro üzvləri

 

Qaravəliyev Etibar

Cəlilova İlhamə 

Quliyeva Səadət

Muradov Rauf

Alxanova Gülnarə

Xanbutov Bəxtiyar

Sarıyev Elman

Əliyeva Xədicə

Xədici Şəbnəm 

Qadınlar Şurası                                        Vüsalə Hüseynova 
İctimaiyyətlə əlaqələrə məsul şəxs Hüseynova Vüsalə Rafiq qızı  
Elmlər doktorları 
Fəlsəfə doktorları