Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.11.2021 13:56
  • A-
  • A
  • A+

Professor Vüqar Əhmədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvlük diplomu təqdim olunub

Professor Vüqar Əhmədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvlük diplomu təqdim olunub

Xəbər verdiyimiz kimi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistikası şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və sözügedən qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.

Vüqar Əhməd bu mükafata Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, görkəmli alim, şair Elçin İsgəndərzadə Vüqar Əhmədə Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə, quruma həqiqi üzv seçildiyini bildirib.

“Beynəlxalq qızıl ulduz” medalı və akademiyaya üzvlük diplomu professor Elçin İsgəndərzadə tərəfindən Vüqar Əhmədə təqdim edilib. Vüqar Əhməd əməkdaşı olduğu AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi adından Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ona səs verən bütün üzvlərinə və namizədliyini dəstəkləyən Elçin İsgəndərzadəyə təşəkkürünü bildirib.

Qeyd edək ki, Vüqar Əhməd, həmçinin Nyu-York Elmlər Akademiyasının üzvüdür. 40-dan çox elmi-ədəbi kitabın, monoqrafiyaların və dərsliklərin müəllifidir.  Elmi və bədii əsərləri rus, fars, ingilis, türk və başqa dillərdə dünyanın tanınmış nəşriyyat və dərgilərində çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: