Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

18.10.2024 11:14
  • A-
  • A
  • A+

Akademik Bəkir Çobanzadənin elmi əsərləri qazax dilinə tərcümə edilərək “Tiltutka” adı ilə çap olunub

Akademik Bəkir Çobanzadənin elmi əsərləri qazax dilinə tərcümə edilərək “Tiltutka” adı ilə çap olunub

Beynəlxalq Türk Akademiyası görkəmli türkoloq, müasir dilçilik və ədəbiyyat sahəsinin aparıcı simalarından olan AMEA-nın həqiqi üzvü Bəkir Çobanzadənin (1893-1937) bir sıra elmi əsərlərini qazax dilinə tərcümə edərək “Tiltutka” adı ilə nəşr etdirib.

Topluda türk dillərinin dialektologiyası, qardaş xalqların dil qohumluğu, ədəbiyyat tarixinin dövrləşdirilməsi, o cümlədən kumuk dilinin digər türk dilləri arasında yeri, Azərbaycan dilinin mənşəyi və xüsusiyyətləri kimi mövzularda araşdırmalar yer alıb.

Qeyd etmək lazımdır ki, Bəkir Çobanzadənin elmi irsi qazax dilində müstəqil toplu kimi ilk dəfə nəşr olunur. Kitab dilçilik və türkologiya sahəsində çalışan alim və tədqiqatçılar üçün dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: