Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

04.07.2017 17:16
  • A-
  • A
  • A+

“Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılış mərasimi keçirilib

“Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılış mərasimi keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı olub.

Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək sərgi ilə bağlı Azərbaycan, Gürcüstan və İranda tədqiqatların aparıldığını deyib. Bildirib ki, sərgidə XIX əsrin sonu - XX əsrin əvvəllərində Şimali və Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq tam qadın və kişi geyim dəstləri, 70-dən artıq unikal rəsm və fotoşəkil, müvafiq tarixi məlumatlar, həmçinin muzey tərəfindən müxtəlif illərdə nəşr edilmiş etnoqrafik kitab və kataloqlar təqdim olunur.

Muzey və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan sərgi oktyabrın 1-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: