Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ölkəmizdə koronavirusun lokallaşdırılması üçün kompleks tədbirlər görülür
19.03.2020 10:22
  • A-
  • A
  • A+

Ölkəmizdə koronavirusun lokallaşdırılması üçün kompleks tədbirlər görülür

Respublikanın bütün səhiyyə müəssisələri koronavirusa qarşı səfərbər edilib və pandemiyanın lokallaşdırılması üçün dövlətimiz tərəfindən qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir.

Bu barədə Milli Məclisin plenar iclasında Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə yeni avadanlıqlar, qoruyucu tibbi ləvazimatlar ölkəmizə gətirilib və bu proses hazırda davam edir.

Akademik Ə.Əmiraslanov xarici ölkələrdə təhsil alıb çalışan mütəxəssislərin Azərbaycana gətirilməsi sahəsində də işlərin görüldüyünü söyləyib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqədə olduqlarını vurğulayıb.

Bundan əlavə, o, insanları məsuliyyətli olmağa, gigiyenik qaydalara və sosial izolyasiya tədbirlərinə əməl etməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: