www.science.az
21.08.2017 10:50

“İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

19-21 sentyabr 2017-ci il tarixlərində AMEA Dendrologiya İnstitutunda “İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə botanika elminin müxtəlif sahələri üzrə aparıcı alim və mütəxəssislərin məruzələri dinlənəcək.

Konfransın işi “Qlobal dəyişkənliyin biomüxtəlifliyə və bioloji ehtiyatlara təsiri”, “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” bölmələri üzrə təşkil olunacaq.

Telefon: (+994 12) 454 30 12, 454 15 00

E-mail: zemfira_abbasova@mail.ru, konfrans_dendrary@mail.ru 

Ünvan: Bakı şəh., Mərdəkan qəs., S.Yesenin küç.89

Konfrans barədə ətraflı məlumatı http://www.ccfbd-2017.com linkindən əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.