Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Gələcəyə addım - II” adlı ümumrespublika olimpiadası keçiriləcək
10.11.2021 14:16
  • A-
  • A
  • A+

“Gələcəyə addım - II” adlı ümumrespublika olimpiadası keçiriləcək

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "27 Mart - Elm günü"nə həsr olunan geoloq və geofizik tələbələr üçün “Gələcəyə addım - II” adlı ümumrespublika olimpiadası keçiriləcək.

Tədbir ali ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.

Müsabiqənin şərtlərinə görə, iki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb-saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi Geologiya və Geofizika İnstitutunda təşkil ediləcək. Birinci mərhələdə onlar təqdim ediləcək mövzunun izahlı cavabından ibarət esse (Azərbaycan, ingilis və ya rus dilində 5 A4 səhifəsindən çox olmamaq şərtilə) hazırlamalıdırlar. Elmi-təşkilat komitəsinin müvafiq meyarlar üzrə aparacaq qiymətləndirilmələrindən sonra ən yaxşı esse müəllifləri final mərhələsinə yüksələcəklər. Final mərhələsində uğur qazanacaq iştirakçılar dörd nominasiya üzrə qalib elan ediləcəklər.

Qaliblər üçün mükafat fondu:

I yer – 800 AZN

II yer – 600 AZN

III yer – 400 AZN

Müsabiqənin nəticəsindən asılı olaraq, ayrılan fond çərçivəsində həvəsləndirici (250 AZN) mükafatlar da nəzərdə tutulur.

Müsabiqədə iştirak üçün qeydiyyat 2022-ci il yanvar ayının 31-nə kimi aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: