Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.06.2022 15:59
  • A-
  • A
  • A+

AMEA-nın gənc alimləri valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər

AMEA-nın gənc alimləri valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri “Sosial marafon” layihəsi çərçivəsində Suraxanı rayonu ərazisində yerləşən 2 saylı körpələr evində olublar.

Gənc alimlər körpələr evində yerləşdirilmiş valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb, sığınacağa ərzaq məhsulları, geyim və oyuncaqlardan ibarət sovqat təqdim ediblər.

Bu dəfə fərqli formatda təşkil olunmuş görüşdə uşaqların yaş göstəriciləri nəzərə alınaraq, müxtəlif elmi-intellektual əyləncəli oyunlar keçirilib. Azyaşlı uşaqların maraq dairəsinə uyğun olaraq, köpük şou və “face art” təşkil edilib. Kloun və cizgi film personajlarının təqdim etdikləri əyləncəli proqramlar uşaqların böyük marağına səbəb olub. Böyük yaş qrupları üçün isə fizika elminə dair elmi təcrübələr nümayiş etdirilib və intellektual oyunlar keçirilib.

Qeyd edək ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri bundan əvvəl Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinə yerləşdirilmiş uşaqlarla da görüşüblər. Bu kimi əhəmiyyətli görüşlərin müntəzəm şəkildə keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: