Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

13.06.2022 09:55
  • A-
  • A
  • A+

Qaraca paleolit düşərgəsində tədqiqatlar davam etdirilir

Qaraca paleolit düşərgəsində tədqiqatlar davam etdirilir

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, t.ü.f.d. Azad Zeynalovun rəhbərliyi ilə paleolit arxeoloji ekspedisiyası Qaraca paleolit düşərgəsində tədqiqatlar aparır.

2012-ci ildə Mingəçevir su anbarı ətrafında azərbaycanlı və rusiyalı alimlər tərəfindən qeydə alınmış Qaraca paleolit düşərgəsində aparılmış tədqiqatlar nəticəsində, Azərbaycan ərazisində ilk dəfə olaraq geoloji Bakı-Abşeron yataqlarında açıq tipli aşel düşərgəsinin olduğu müəyyənləşdirilib.

Qeyd etmək lazımdır ki, Qaraca düşərgəsində Azıx mağarasından kənarda ilk dəfə 10 ədəddən artıq çopper qiqontalit, Avrasiyada ilk daş balta nümunəsi və bir çox vacib artefaktlar aşkarlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: