Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.02.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan florasının tədqiqi sahəsində Azərbaycan və Avropa arasında əlaqələr genişləndirilir

Azərbaycan florasının tədqiqi sahəsində Azərbaycan və Avropa arasında əlaqələr genişləndirilir

Şotlandiyalı ətraf mühit məsləhətçisi Dr. James FentonAzərbaycanın zəngin florası ilə tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Səfər çərçivəsində qonaq AMEABotanika İnstitutunda olub.

İnstitutun direktoru, b.e.d., prof. Validə Əli-zadə və digər əməkdaşların iştirakı ilə keçirilən görüşdə şotlandiyalı mütəxəssisə burada aparılan elmi-tədqiqat istiqamətləri, son illərdə institutun çoxşaxəli beynəlxalq elmi əlaqələri, dünyanın müxtəlif aparıcı elmi təşkilatları ilə birgə həyata keçirilən müştərək layihələr haqqında ətraflı məlumat verilib.

J.Fenton Azərbaycanın florası, nadir və nəsli kəsilməkdə olan bitki növləri, onların müasir statusu ilə dərindən maraqlanıb, bitki müxtəlifliyinin tədqiqi və saxlanması üçün institutda aparılan yenidənqurma işləri, Herbari fondu, laboratoriyalar, toxum kolleksiyası və yeni yaradılacaq muzeylə tanış olub.

Qonaq, həmçinin institutun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əməkdaşları ilə də görüşüb, qurumun müasir avadanlıqla təchiz olunmuş laboratoriyaları və botanika elminin müasir istiqamətləri üzrə aparılan tədqiqat işləri haqqında məlumatlandırılıb.

Görüşdə Azərbaycan və Avropanın elmi müəssisələri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: