Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.02.2014 00:00
  • A-
  • A
  • A+

Mingəçevir su anbarı yaxınlığında tədqiqat işləri aparılıb

Mingəçevir su anbarı yaxınlığında tədqiqat işləri aparılıb

2013-ci ildə Mingəçevir su anbarı yaxınlığında AMEAArxeologiyavə Etnoqrafiya İnstitutunun Gəncə-Qazax ekspedisiyası tərəfindən Azad Zeynalovun rəhbərliyi ilə arxeoloji tədqiqat işləri aparılıb.

Tədqiqatlarda rusiyalı mütəxəsislər də iştirak edib. Ekspedisiyanın tərkibində Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun (REA MMTİ) elmi katibi, arxeolog Sergey Kulakov (Sankt-Peterburq), REA Dağıstan Geologiya İnstitutunun əməkdaşı, geoloq İdris İdrisov (Maxacqala), AMEAGeologiya və Geofizika İnstitutunun əməkdaşları Tariyel Heybətov, İlqar Mustafayev və Teymur Mustafayev fəaliyyət göstərirdi.

REA MMTİ Paleolit şöbəsinin iclasında A.Zeynalov və S.Kulakovun “Azərbaycanda yeni aşel abidəsi” mövzusunda məruzəsi dinlənilib.

Müəlliflər öz cıxışlarında, 2013-ci ildə Azərbaycanın qərbində, Mingəçevir su anbarı yaxınlığında, aşel dövrünə aid yeni Qaraca abidənin aşkar edilməsi haqqında məlumat veriblər. Adı cəkilən abidədən aşkarlanmış əl çapacaqları, çopperlər, nukleuslar, qaşovlar və s. Cənubi Qafqazın arxantrop əhalisinin yaşam tərzi, mədəniyəti ətraf mühütlə əlaqəsinin kompleks şəkildə tədqiqinə imkan verir. Abidənin yaşının, geniş diapazonda yuxarı Abşerondan Bakıya qədər (1mil. 800 min. il bundan əvvəldən- 500 min. il bundan əvvələ qədər) olması etimal olunur. Qeyd edək ki, Azərbaycanda paleolit dövrünə aid bu formalı alətləri ilk dəfə M.Hüseynov tərəfindən, Azıx mağarasının VII-X alt qatlarında aşkar edilmiş və “qiqantolit” kimi qəbul edilib. Azıx mağarasından aşkarlanmış alətlərin bu seriyası erkən paleolit dövrünün “quruçay mədəniyyəti"-nə aid edilir. İlk dəfə bu tip alətlər Azıx mağarasından kənarda Qaraca abidəsindən aşkar edilib.

Qafqazın aşel dövrünə aid ikinci məhsul - " balta " və ya " splitter " Azərbaycanda ilk dəfə I Qaraca abidəsindən tapılıb. Aşkar edilmiş baltada Afrikanın aşel mədəniyyətinin kökləri izlənilir.

Məruzə ətrafında REA MMTİ Paleolit şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru S.Vasiliyev, professor V.Lyubin, REA MMTİ ekspremental-trasoloji laboratoriyasının şöbə müdiri, tarix üzrə elmlər doktoru V.Şelinskiy, tarix üzrə fəlsəfə doktorları E.Belyayeva, N.Kolpakov, E.Qirya çıxış ediblər.

Yekunda REA MMTİ Paleolit şöbəsi tərəfindən Qaraca abidəsində aparılan arxeoloji tədqiqatların uğurlu və yüksək metodik səviyyədə aparılması haqqında qətnamə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: