Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin araşdırması Böyük Britaniyada nəşr olunmuş kitabda işıq üzü görüb
04.11.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin araşdırması Böyük Britaniyada nəşr olunmuş kitabda işıq üzü görüb

AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Multikulturalizm plüral moderniklər kimi” (“Multiculturalism as Plural Modernities”) mövzusunda tədqiqatı Böyük Britaniyanın Oksford şəhərində nəşr olunan “Dünya vətəndaşlarının mürəkkəb miqrasiyası” adlı kitabda işıq üzü görüb.

Son zamanlar aktuallaşan multikulturalizm alimin tədqiqatında müasir mədəniyyətin səciyyəvi xüsusiyyəti nöqteyi-nəzərindən təhlil edilir. Müəllif postmodernizmin kontekstində multikulturalizmin bir sıra modernliklər kimi iki paradiqmanın, ictimai-mədəni şəraitin iki variantı - ənənə və müasirliyin sintezi olaraq dərk edildiyindən bəhs edir. Postmodern şərait multikulturalizmin mənasını genişləndirərək dialoqa təlabatı və onun müasir çoxmədəniyyətli dünyada yanaşı yaşamanın zəruri şərti olduğunu vurğulayır. Mövzu qeyri-qərb müasirliyini təşkil edən, sintez quruluşlu cəmiyyətlər, o cümlədən multikulturalizmin həyat tərzinə və son illər bu sahədə beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycan nümunəsində tədqiq edilir.

Qeyd edək ki, R.Rzayeva nəşrdəki müəlliflər arasında yeganə azərbaycanlı alimdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: