Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.05.2015 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

AMEA prezidenti Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

AMEA Rəyasət Heyətində Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüş keçirilib.

AMEA prezidenti, akademik Akif Əlizadə qonağı salamlayaraq Azərbaycan – Ukrayna əlaqələrinin tarixindən, hər iki ölkənin alimlərinin illərdir ki davam edən əməkdaşlıq və dostluq münasibətlərindən söz açıb.

A.Əlizadə qonağa akademiyanın tarixi haqqında məlumat verərək, bu ilin noyabr ayında AMEA-nın 70 illik yubileyinin qeyd ediləcəyini, bununla əlaqədar olaraq mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Alim AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlardan, alim və mütəxəssislərin beynəlxalq elm aləminə inteqrasiya istiqamətində görülən işlərdən danışıb. O, elmin müxtəlif sahələrində Ukrayna alimləri ilə birgə aparılan araşdırmaların əhəmiyyətindən söz açıb.

Səfir A.Mişenko isə ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini hər zaman yüksək qiymətləndirdiyini vurğulayaraq, iki ölkə arasında elmin müvafiq sahələrində birgə konfrans və seminarların keçirilməsinin zəruriliyini önə çəkib. Səmimi qəbula və əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə AMEA rəhbərinə təşəkkürünü bildirib.

Sonra akademik A.Əlizadə AMEA-da gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb. Alim elmin müvafiq sahələrində Ukrayna ilə qurulan əlaqələrin bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

Sonda  qonağa Azərbaycan elmini və mədəniyyətini özündə əks etdirən xatirə hədiyyələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: