AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyevin “Azərbaycan Respublikasında şoranlaşmış və eroziyaya uğramış torpaqların sürüşmə zonalarına təsiri” mövzusuna həsr olunmuş növbəti seminar-məşğələ keçirilib.
Tədbirdə AMEA II Xüsusi şöbəsinin əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri, bir neçə təşkilatın tibb-sanitar postlarının komandirləri və başqaları iştirak ediblər.
Seminar-məşğələni giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələlər barədə danışıb.
Sonra mövzunun müəllifi, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev şoranlaşmış və eroziyaya uğramış torpaqların sürüşmə zonalarına təsiri, onların yaranma səbəbləri barədə ətraflı məlumat verib.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda II Xüsusi şöbənin baş mütəxəssisi Əlimərdan Məhəmmədov 2014-cü il MM planına uyğun olaraq AMEA elmi müəssisə və təşkilatlarında iyun, iyul və avqust aylarında keçirilmiş Mülki Müdafiə məşqləri, nəzərə çarpan çatışmazlıqlar, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.