Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.12.2021 14:47
  • A-
  • A
  • A+

“Landau School” ümumi təhsil müəssisəsinin şagirdləri NKPİ-də olublar

“Landau School” ümumi təhsil müəssisəsinin şagirdləri NKPİ-də olublar

Noyabrın 30-da “Landau School” ümumi təhsil müəssisəsinin direktor müavini, kimya üzrə fəlsəfə doktoru Küşvər Hacıyevanın rəhbərliyi ilə məktəbin 11-ci sinif şagirdləri AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunu (NKPİ) ziyarət ediblər.

İnstitutun baş direktoru, akademik Vaqif Abbasov qonaqlarla görüş zamanı elm və təhsilin vəhdətindən, NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik Vaqif Abbasov müəllifi olduğu kitablardan şagirdlərə hədiyyə edib.

Sonra şagirdlər “A Leval Kimya” proqramı üzrə keçdikləri mövzuları praktiki olaraq mənimsəmək məqsədilə institutun laboratoriyalarında İnfro Qırmızı, Diferensial Termiki, Nüvə-Maqnit Resonansı aparatlarında nümunələrin analiz olunmasına baxış keçiriblər.

Sonda şagirdlər akademik Yusif Məmmədəliyevin institutdakı memorial muzeyi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: