Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Astronomlar ilk dəfə ölən ulduzun ətrafında dövr edən planet aşkar ediblər
22.12.2022 09:50
  • A-
  • A
  • A+

Astronomlar ilk dəfə ölən ulduzun ətrafında dövr edən planet aşkar ediblər

Astronomlar ilk dəfə ölən ulduzun ətrafında ekzoplanetin mövcudluğunu müəyyən etməyə müvəffəq olublar. Kepler-1658b ekzoplaneti 2009-cu ildən Günəş sistemindən kənarda dünyaların axtarışı ilə məşğul olan “Kepler” kosmik teleskopunun köməyi ilə kəşf olunduğundan ona bu ad verilib.

Astronomlar Yupiterlə təxminən eyni ölçü və çəkidə olan Kepler-1658b-ni “qaynar Yupiter” adlandırıblar.

“The Astrophysical Journal Letters” jurnalında dərc edilmiş tədqiqat işində Kepler-1658b-nin orbitinin spiral olduğu müəyyən edilib: onun orbital dövrü ildə 131 millisaniyə azalır. Bu az müddət deyil, belə ki, planet Yer kürəsinin 3,8 günü ərzində ulduzun ətrafında tam dövr edir.

Astronomlar planet orbitinin sonrakı dəyişikliklərini izləmək üçün Kepler-1658b sistemi üzrə daimi müşahidələr aparmağa hazırlaşırlar.

naked-science.ru

  • Paylaş: