Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
19.01.2023 12:27
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin AMEA əməkdaşlarının, elmi işçilərin, doktorant və magistrantların, təqaüdçü alimlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqında Fərman və sərəncamları yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, “Kitabi-Dədə Qorqud” eposunun urdu dilində təqdimatının Pakistan mətbuatında işıqlandırılması, AMEA-nın prezidentinin Lənkəran Regional Elmi Mərkəzinin illik hesabatında iştirakı, “Elmin inkişafına dövlət dəstəyinin əməli ifadəsi”, “Qırmızı kitab”ın III nəşrinə botaniklərin töhfəsi”, “Müstəqilliyimizin carçısı: 20 Yanvar” sərlövhəli məqalələr, Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovla müsahibə, elan, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: