Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Geoloq alimlərimiz Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirirlər
28.09.2020 15:42
  • A-
  • A
  • A+

Geoloq alimlərimiz Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirirlər

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) alim heyəti sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribata layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirirlər.

GGİ-nin direktoru, akademik Akif Əlizadənin sədrliyi ilə baş tutan iclasda Ermənistanın sülh danışıqlarını müxtəlif vasitələrlə pozmaq səyləri, Dağlıq Qarabağla əlaqədar BMT-nin məlum qərarlarına məhəl qoymaması və Ermənistanın daxili siyasi, ictimai və iqtisadi problemlərini münaqişəni müntəzəm olaraq qızışdırmaq yolu ilə ört-basdır etmək cəhdi qətiyyətlə pislənib. Alimlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ardıcıl, davamlı və qətiyyətli sülhə çağırış səylərini, bütün nüfuzlu beynəlxalq tədbirlərdə bu mövqeyi nümayış etdirməsini yüksək qiymətləndiriblər.

İnstitutun alimləri əsgərlərimizin düşmənin təxribatına layiqli cavab verdiyini bildirib, erməni silahlı qüvvələrinin ağır itkilərə məruz qalmasını Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və əsl vətənpərvərlik hissilə əlaqələndiriblər. Azərbaycana məxsus bir neçə kəndin və strateji əhəmiyyət daşıyan obyektlərin qısa döyüş müddəti ərzində düşməndən geri alınması faktı Ali Baş Komandanın səriştəli və doğru siyasət yürütdüyünü təsdiq edir.

Alim geoloqlar bidiriblər ki, torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda döyüşlərin yalnız bir adı var - Vətən müharibəsi!

Alimlər Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar arzulayıb, onlara hər vasitə ilə dəstək olmağa hazırlıqlarını ifadə edib və vurğulayıblar ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: