Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) bir sıra kitablar təqdim edilib. Onlar arasında “Azərbaycan Respublikasında Əqli Mülkiyyət Hüquqları (dair bələdçi)”, “Əqli mülkiyyət iqtisadi kateqoriya kimi və onun iqtisadi inkişafdakı rolu”, “Kreativ İqtisadiyyat və Azərbaycan İqtisadiyyatının inkişafı” və digərləri yer alıb.
Bundan əlavə, Azərbaycan xalqına məxsus olan tarixi abidələrin, şifahi xalq ədəbiyyatı nümunələrinin ermənilər tərəfindən mənimsənilməsini əks etdirən sənədlər də MEK-ə təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.