Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.12.2014 00:00
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları ABŞ-da keçirilmiş təlim kursunda iştirak ediblər

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları ABŞ-da keçirilmiş təlim kursunda iştirak ediblər

AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov və şöbənin böyük elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-da keçirilmiş təlim kursunda iştirak edib.

Kurs Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) pilot layihəsi çərçivəsində ABŞ-ın Kanzas Dövlət Universiteti (KDU) və Kənd Təsərrüfatı Departamentinin “Genotipləşdirmə və Sekvens” laboratoriyasında təşkil olunub.

2014-cü il yeni nəsil sekvenserinin iş prinsipinin öyrənilməsi məqsədilə keçirilən kursda tədqiqatçılar sekvenserin iş prinsipi, yüksək keyfiyyətli DNT-nin ekstraksiyasından genomun oxunmasınadək bütün mərhələləri, sekvens üsulu ilə bitki genetik ehtiyatlarında biomüxtəlifliyin öyrənilməsi metodikasını, həmçinin nəticələrin bioinformatik və statistik analizi üsullarını mükəmməl öyrənib, Azərbaycan dilində təlimat hazırlayıblar.

Səfər çərçivəsində ABŞ-ın Kənd Təsərrüfatı Departamenti və KDU ilə yeni nəsil sekvenseri üzrə əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin hazırlanması da müzakirə edilib.

Cari ildə EİF-in pilot layihəsi çərçivəsində GEİ-də regionda ilk dəfə genomika laboratoriyası yaradılıb və ən müasir yeni nəsil sekvenserləri alınaraq quraşdırılıb. Səfərin məqsədi institutdakı sekvenserlərin işə salınması üçün tələb edilən metod və qaydaları öyrənmək olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: