Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
24.01.2022 12:52
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, laboratoriya müdiri, dosent Elmira Nağıyeva, elmi işçi Xədicə Məmmədyarova və digər əməkdaşların həmmüəllifi olduqları məqalə impakt faktorlu “İran kimya və kimya mühəndisliyi” jurnalında dərc edilib.

Məqalə motor yağları üçün modifikasiya olunmuş alkilfenolyat aşqarların yaradılmasından bəhs edir. Tədqiqatlar nəticəsində məlum olub ki, yeni aşqarlar “Shell” firmasının analoqu ilə eyni səviyyədədir.

Xatırladaq ki, dünyada tanınan “İran kimya və kimya mühəndisliyi” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: